Lənkərandan olan məktəbli Akif Qurbanov badminton üzrə keçirilən ölkə birinciliyində qızıl medal qazanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 9 iyul tarixində verir.
15-16 yaşlı yeniyetmələr arasında keçirilən turnir Bakı şəhərində yerləşən 1 nömrəli idman təmayüllü liseyin zalında təşkil olunub.
Akif Qurbanov R.Məmmədov adına Lənkəran şəhər 5 nömrəli tam orta məktəbinin şagirdidir.