"İdman həftəsi" çərçivəsində məktəblilər arasında “Şən Startlar” idman oyunu keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 29 fevral tarixində verir.
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Lənkəran şəhər 5 saylı tam orta məktəbində 5 mart – Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar keçirilən tədbirdə LARGİİ-nin nəzdində Uşaq-Gənclər və İdman Məktəbinin ağırlıqqaldırma üzrə məşqçi-müəllimi Teymur Əliquliyev məktəblilərlə sağlam həyat tərzinə və idmanın inkişafına aid maarifləndirici söhbətlər aparıb, məktəblilər arasında “Şən Startlar” idman oyununu keçirib.