Lənkəranda Gənclər və İdman Nazirliyinin yaradılmasının 30 illiyinə həsr olunmuş üzgüçülük turniri baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 8 iyul tarixində verir.
Lənkəran–Astara Regional Gənclər və İdman İdarəsi və Lənkəran Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 42 üzgüçü iştirak edib.
I, II və III yerləri tutanlar Lənkəran–Astara Regional Gənclər və İdman İdarəsi tərəfindən müvafiq diplom və medallarla təltif ediliblər.