Lənkəranda məktəblərdə "İdman həftəsi" çərçivəsində idman turnirləri təşkil olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 6 mart tarixində verir.
Şəhər 2 nömrəli, rayon Balıqçılar qəsəbə, Tatova, Moloja kənd tam orta məktəblərində şagirdlər arasında gimnastika, şən startlar, kəndirdartma, şahmat, qol güləşi, atletika, voleybol yarışları keçirilib.
Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar tədbirlər Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin, Lənkəran-Astara Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə həyata keçirilib.