Lənkəranda "İdman həftəsi" çərçivəsində kyokusinkay karate idman növü üzrə məktəblilərə nümunəvi çıxışlar göstərilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 5 mart tarixində verir.
Lənkəran–Astara Regional Gənclər və İdman İdarəsinin, Lənkəran–Astara Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Lənkəran şəhər 5 saylı tam orta məktəbində 5 mart – Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar keçirilən tədbirdə “Lənkəran” İdman klubunun rəhbəri Şakir Vəliyev və idmançılar çıxış ediblər.
Tədbirdə LARGİİ-nin əməkdaşı və məktəb direktoru məktəblilərlə sağlam həyat tərzi və idman haqqında maarifəndirici söhbətlər aparıblar.