Lənkəranda məktəblilər arasında müxtəlif idman oyunları keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 mart tarixində verir.
"İdman həftəsi" çərçivəsində Hirkan qəsəbə tam orta məktəbində şən startlar, qol güləşi və kəndirdartma yarışları təşkil olunub.
Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar baş tutan tədbir Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin və Lənkəran-Astara Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə həyata keçirilib.