Lənkəranda "İdman həftəsi" çərçivəsində gimnastika idman növü üzrə master-klas təşkil olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 4 mart tarixində verir.
“Gimnastika hamı üçün” layihəsi çərçivəsində tədbir Olimpiya İdman Kompleksində baş tutub.
Master-klas Mərziyyə Mustafazadənin rəhbərliyi ilə həyata keçirilib. Tədbir Lənkəran–Astara Regional Gənclər və İdman İdarəsi tərəfindən təşkil olunub.