Lənkəranda "İdman həftəsi" çərçivəsində yeniyetmələr arasında 3x3 basketbol yarışı baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 4 mart tarixində verir.
Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar turnir “Sağlam məhəllə” idman zonasında keçirilib.
Tədbirdə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin nəzdində UGİM-in məşqçi-müəllimi Toğrul Məmmədli idmanla bağlı maarifləndirici söhbətlər aparıb.
Sonda qaliblərə diplomlar təqdim edilib.