Azərbaycan Basketbol Liqasının B qrupunda II tura ötən gün start verilib.
Apasport.az xəbər verir ki, turun açılış matçı Sumqayıtda baş tutub.
Şəhərin eyniadlı komandası “Lənkəran”ı qəbul edib. İlk görüşdə məğlub olan komandaların duelində qonaqlar üstün olublar. Böyük fasiləyə məğlub yollanan "Lənkəran" 3-cü periodda vəziyyəti öz xeyrinə dəyişə bilib. Cənub təmsilçisi 22 xal fərqlə qalib gəlib - 93:71