"Lənkəran" klubu daha bir basketbolçunun transferini həyata keçirib.
Report xəbər verir ki, cənub təmsilçisi ABŞ-li Ceremi Berraytı heyətinə qatıb. 34 yaşlı oyunçu ilə 1 illik müqavilə imzalanıb.
Son iş yeri İsveçin “Okelbo” klubu olan Berrayt “Gieben Pointers” (Almaniya), “Vankuver Volkanoes” (ABŞ), “Araraquara” (Braziliya) komandalarında da çıxış edib.
Qeyd edək ki, “Lənkəran” bundan əvvəl Cereminin həmyerlisi Qreqori Miltonu heyətinə qatıb.