Cari həftənin idman tədbirlərinin afişası təqdim olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 9 yanvar tarixində verir.
Belə ki:
- 10-11 yanvar saat 15:00-da Masallı Regional Taekvondo Mərkəzində uşaq, yeniyetmə və gənclər arasında taekvondo üzrə UGİM-in rayon turniri;
- 10-14 yanvar saat 18:00-da Lənkəran rayonu, "Raypo" minifutbol meydançasında banklar və bank olmayan kredit təşkilatları arasında “Bankirlər” adı altında minifutbol çempionatının qrup oyunları;
- 13-14 yanvar saat 10:00-da Cəlilabad Olimpiya İdman Kompleksində sərbəst güləş üzrə region birinciliyi baş tutacaq.