Bakı şəhərindəki "Aura" İdman Kompeksində "Grasiya" idman klubunun bədii gimnastika üzrə "Xəyala bir addım" adlı açıq birinciliyində gimnastlarımız uğur qazanıblar. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 dekabr tarixində verir.
Belə ki, idmançılarımızdan Asya Hüseynli 1-ci, Riana Səfərzadə 3-cü, Cansu Həmidzadə 3-cü yerləri tutublar.
Qeyd edək ki, onların məşqçi-müəllimi Mərziyyə Mustafazadədir.