Oktyabrın 12-dən etibarən "Instagram" və "TikTok" sosial şəbəkələrinin Azərbaycan seqmentində müşahidə edilən giriş problemləri aradan qaldırılıb.
Cenublu.az xəbər verir ki, son günlər istifadəçilər sözügedən platformalara daxil olmaqda çətinliklərlə üzləşirdilər.
Hazırda isə hər iki platformaya giriş bərpa olunub və istifadəçilər sosial şəbəkələrdən maneəsiz istifadə edə bilirlər.