Lənkəranda "Sağlam məhəllə" idman zonasının istifadəyə verilməsinin 3-cü ildönümü münasibətilə kütləvi idman tədbiri təşkil olunacaq.
Cenublu.az xəbər verir ki, "İdman Həyətimdə" adlı tədbirin əsas məqsədi sağlam həyat tərzinin təbliği, sakinlər arasında idmana marağın artırılması və əhalinin aktiv həyat tərzinə cəlb olunmasıdır.
Tədbir 2 oktyabr saat 15:00-da Lənkəran şəhəri, Akademik Zərifə Əliyeva küçəsində yerləşən "Sağlam məhəllə" idman zonasında baş tutacaq