top
İmişli FK-nın baş məşqçisi ilə müqaviləyə xitam verib
Bu gün, 15:02
- ↺ +

"İmişli" FK-nın baş məşqçisi ilə müqaviləyə xitam verib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"İmişli" Futbol Klubu baş məşqçisi Fərid Namazovla müqaviləyə zəif nəticələrə görə xitam verib.

Bunu klubun icraçı direktoru Aqşin Mürsəlov deyib.

O, qərarın klub rəhbərliyinin iclasında qəbul olunduğunu bildirib:

"Heç bir ciddi səbəb yoxdur. Rəhbərliklə keçirilən iclasda komandanın oyunu və zəif nəticələri müzakirə olundu. Yekunda müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilməsi barədə qərara gəldik. Bunu baş məşqçinin özü də istəyirdi".

İcraçı direktor bu dəyişikliyin komandaya müsbət təsir edəcəyinə inandığını diqqətə çatdırıb:

"Bu qərar komandaya mütləq müsbət mənada təsir edəcək. Hələ ki yeni baş məşqçi ilə bağlı açıqlama vermək tezdir. Fərid Namazovla bu gün sağollaşmışıq, ona görə də bir az zaman lazımdır. Yəqin ki, yaxın günlərdə yeni baş məşqçinin adı açıqlanacaq".

Aqşin Mürsəlov məşqçilər korpusunun gələcək taleyindən də söz açıb:

"Köməkçilərlə bağlı hələ ki konkret qərar yoxdur. Səhər iclasında əsas vacib məsələ baş məşqçi ilə bağlı idi. Qalmaq istəyənlər yəqin ki, qalacaqlar. Yeni baş məşqçi öz heyəti ilə gəlməyəcəksə, köməkçilər işlərinə davam edə bilərlər. Bu məsələlərlə bağlı qısa zamanda məlumat veriləcək".

Qeyd edək ki, bölgə təmsilçisi bu gün Fərid Namazovla vidalaşdığını açıqlayıb. Mütəxəssis bu ilin yayında komandanın baş məşqçisi təyin olunmuş və onunla 1 illik müqavilə imzalanmışdı.

"İmişli" Misli Premyer Liqasında 7 turdan sonra 4 xalla 12 komanda arasında 9-cu pillədə qərarlaşıb.

Mənbə: report.аz

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 14:00

Yardımlıda alışan "Mercedes" geriyə hərəkət edərək dərəyə düşdü

Cəmiyyət
Bu gün, 13:22

Salyanda magistral yolda sürücü qəfil vəfat etdi

Bütün xəbərlər
Bu gün, 12:36

Astaralı ağır xəstənin pensiyası niyə kəsilib?

Bütün xəbərlər
Bu gün, 11:54

Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə!

Kriminal
Bu gün, 11:12

Lənkəran sakini arvadını bıçaqlayıb, 3 yaşlı oğlu da xəsarət alıb

Cəmiyyət
Bu gün, 10:53

Azərbaycanda dəmiryolçuların peşə bayramı qeyd olunur

Cəmiyyət
Bu gün, 10:35

Bu il qəbul imtahanlarında 3 mindən çox abituriyent 600-dən yüksək bal toplayıb

Bütün xəbərlər
Bu gün, 09:30

Yol polisi dəmir yolu keçidləri ilə bağlı xəbərdarlıq etdi

Siyasət
Bu gün, 00:05

13 oktyabr 2020: Vətən Müharibəsinin 17-ci günü

Bütün xəbərlər
Dünən, 18:00

Azərbaycanda ət, yumurta və tərəvəz bahalaşıb - Sentyabrın qiymətləri

Bütün xəbərlər
Dünən, 17:20

Magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Bütün xəbərlər
Dünən, 16:45

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 16:10

Evini kirayəyə verənlər üçün qaydalar açıqlandı

Kriminal
Dünən, 15:30

Cəlilabadda ana ölümü: həkimin cəzası ağırlaşdırıldı

İdman
Dünən, 14:55

Nəriman Axundzadə və Toral Bayramov son turda iştirak etməyiblər

İqtisadiyyat
Dünən, 14:20

Ölkədə ətin qiyməti bahalaşdı

Bütün xəbərlər
Dünən, 13:45

Baş Prokurorluq: Dövlət Xidmətinin 121 əməkdaşı barəsində hərtərəfli araşdırmalar aparılıb

İqtisadiyyat
Dünən, 13:10

Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək

Bütün xəbərlər
Dünən, 12:25

Azərbaycanda muzdla çalışan işçilərin sayı açıqlandı

İdman
Dünən, 12:00

Cəlilabadda gənc futbolçu öldü

Bütün xəbərlər
Dünən, 11:30

BDYPİ-dən sürücülərə çağırış: Məcburi dayanma zamanı təhlükəsizlik tədbirlərini unutmayın

Kriminal
Dünən, 11:00

Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb

Bütün xəbərlər
Dünən, 10:25

FHN: Ötən həftə 135 yanğına çıxış olub, 8 nəfərin meyiti təhvil verilib

Oxşar xəbərlər