top
Erzurumspor Nəriman Axundzadənin komandadan ayrılacağı ilə bağlı iddialara son qoyub
Bu gün, 13:48
- ↺ +

"Erzurumspor" Nəriman Axundzadənin komandadan ayrılacağı ilə bağlı iddialara son qoyub

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Son günlər mətbuatda Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin qış transfer pəncərəsində Türkiyənin "Erzurumspor" klubundan ayrılacağı ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir".

Bu barədə Superliqa təmsilçisinin prezidenti Ahmet Dal məlumat verib.

O bildirib ki, komanda daxilində həm hücumçuya, həm də onun bacarığına böyük inam var.

"Son günlər mediada Nərimanın klubumuzdan ayrılacağı barədə xəbərlər dolaşır. Amma bunu qətiyyətlə təkzib edirəm. "Erzurumspor" klubu olaraq Nərimanı çox sevirik və onun oyununu bəyənirik. Eyni şəkildə, o da klubumuzu çox sevir. Bu cür xəbərlərin haradan çıxdığını bilmirəm, adətən transfer dövrlərində belə şayiələr yayılır. Lakin birmənalı şəkildə bildirirəm ki, belə bir planımız yoxdur", - deyə o AZƏRTAC-a açıqlamasında söyləyib.

Klub rəhbəri futbolçunun komandaya tam adaptasiya ola bilməməsini onun düşərgəyə gec qoşulması və Erzurumun coğrafi şəraiti ilə əlaqəli olduğunu vurğulayıb:

"Nəriman mövsümün əvvəlində Millətlər Liqası ilə əlaqədar milli komandanın düşərgəsində idi və aramıza bir qədər gec qatıldı. Erzurum Türkiyənin ən yüksək dağlıq bölgələrindən biridir. Buranın hündürlüyünə uyğunlaşmaq həm yeni transferlərimiz, həm də oyunçular üçün asan başa gəlmir. Şəhərin hava və iqlim şəraitinə uyğunlaşma dövrü bəzən vaxt aparır. Baş məşqçimiz Serkan Balta Nərimandan razıdır, onun həm məşqlərdəki çalışqanlığından, həm də meydandakı performansından məmnunuq. O, çox sevilən və örnək xarakterə malik futbolçudur".

Ahmet Dal Azərbaycanla münasibətlərə də toxunaraq qeyd edib ki, Nəriman Axundzadənin transferi iki ölkə arasındakı qardaşlıq əlaqələrinə xüsusi töhfə verir və klub bu əməkdaşlığı gələcəkdə də davam etdirməkdə maraqlıdır.

Qeyd edək ki, Nəriman Axundzadə müqavilə ilə ABŞ-nin "Kolambus Kryu" klubuna məxsusdur. "Erzurumspor" avqust ayında 22 yaşlı hücumçu ilə 1 illik icarə müqaviləsi imzalayıb.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 14:25

Sabah hava isti olacaq - PROQNOZ

Cəmiyyət
Bu gün, 13:04

Cəlilabadda Əmək Yarmarkası keçiriləcək

Bütün xəbərlər
Bu gün, 12:15

Salyanda qəza: yük maşını aşdı

Bütün xəbərlər
Bu gün, 11:05

Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması

Cəmiyyət
Bu gün, 10:35

"Instagram" və "TikTok"a girişlə bağlı problem aradan qalxıb

Bütün xəbərlər
Bu gün, 09:32

Dövlət informasiya infrastrukturlarına qarşı intensiv kiberhücumlar olub

Siyasət
Bu gün, 00:01

14 oktyabr 2020-ci il: Vətən müharibəsinin 18-ci günü

Cəmiyyət
Dünən, 18:03

Cəlilabadlı şəhidimizin anım günüdür

Cəmiyyət
Dünən, 17:27

Sabah hava necə olacaq? - PROQNOZ

Kriminal
Dünən, 16:28

Cəlilabadın sabiq icra başçısının işi Ali Məhkəmədə

Bütün xəbərlər
Dünən, 16:06

Allahşükür Paşazadə: "Azərbaycanda hicab qadağan olunmayıb"

İdman
Dünən, 15:02

"İmişli" FK-nın baş məşqçisi ilə müqaviləyə xitam verib

Bütün xəbərlər
Dünən, 14:00

Yardımlıda alışan "Mercedes" geriyə hərəkət edərək dərəyə düşdü

Cəmiyyət
Dünən, 13:22

Salyanda magistral yolda sürücü qəfil vəfat etdi

Bütün xəbərlər
Dünən, 12:36

Astaralı ağır xəstənin pensiyası niyə kəsilib?

Bütün xəbərlər
Dünən, 11:54

Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə!

Kriminal
Dünən, 11:12

Lənkəran sakini arvadını bıçaqlayıb, 3 yaşlı oğlu da xəsarət alıb

Cəmiyyət
Dünən, 10:53

Azərbaycanda dəmiryolçuların peşə bayramı qeyd olunur

Cəmiyyət
Dünən, 10:35

Bu il qəbul imtahanlarında 3 mindən çox abituriyent 600-dən yüksək bal toplayıb

Bütün xəbərlər
Dünən, 09:30

Yol polisi dəmir yolu keçidləri ilə bağlı xəbərdarlıq etdi

Siyasət
Dünən, 00:05

13 oktyabr 2020: Vətən Müharibəsinin 17-ci günü

Bütün xəbərlər
12 oktyabr 2026, 18:00

Azərbaycanda ət, yumurta və tərəvəz bahalaşıb - Sentyabrın qiymətləri

Bütün xəbərlər
12 oktyabr 2026, 17:20

Magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Oxşar xəbərlər