Salyan rayonunun ərazisindən keçən Ələt-Astara avtomagistralında ölüm hadisəsi baş verib.
Cenublu.az xəbər verir ki, Qaradağ rayonunun Qızıldaş qəsəbə sakini Müşdaba Poladov "KamAZ" markalı yük avtomobilini idarə edərkən qəfil halı pisləşib. O, avtomobili yolun kənarına çəkib.
Ətrafdakı vətəndaşlar sürücüyə ilkin yardım göstərsələr də, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası sürücünün vəfat etdiyini qeydə alıb.
Faktla bağlı araşdırma aparılır.