Cəlilabadlı idmançı Ziya Babaşov yunan-Roma güləşi üzrə U-23 Avropa çempionatında qızıl medal qazanıb. Bu haqda məlumatı Cenublu.az 22 may tarixində Gənclər və İdman Nazirliyinə istinadən verir.
Çempionat 20-21 may tarixlərində Bakı şəhərində keçirilib. Güləşçimiz Ziya Babaşov finalda moldovalı Vitali Yeriomenkoya 3:2 hesabı ilə qalib gələrək Avropa çempionu adına layiq görülüb.