Cəlilabadda idmançılar arasında taekvondo üzrə rayon turniri təşkil edilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 26 dekabr tarixində verir.
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş yarışda 7 çəki dərəcəsi üzrə 32 nəfər yeniyetmə və gənc idmançı mübarizə aparıb. Qalib gələn idmançılara diplomlar təqdim edilib.
Yarış Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Cəlilabad rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə baş tutub.