Cəlilabadda Gənclər və İdman Nazirliyinin yaradılmasının 30 illiyinə həsr olunmuş sərbəst güləş üzrə turnir keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 26 iyul tarixində verir.
Yarış Cəlilabad şəhər Güləş Evində baş tutub. Burada 10 çəki dərəcəsi üzrə 50 idmançı qüvvəsini sınayıb.
Qalib gələn idmançılar diplom və medallarla təltif olunublar.
Turnir Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə həyata keçirilib.