Cəlilabad Rayon Heydər Əliyev Seyrangahında boks idman növü üzrə yeniyetmələr üçün ustad dərsi təşkil olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 2 mart tarixində verir.
“İdman həftəsi” çərçivəsində keçirilən tədbirdə 50 nəfər idmançı iştirak edib.
Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş master-klas idman ustaları Elvin Mustafayev və İsmayıl Hüseynovun təşkilatçılığı ilə baş tutub.