Astaralı idmançı Boks üzrə yeniyetmələr arasında “Heydər Əliyev Kuboku-2024” Beynəlxalq turnirinin bürünc medalçısı olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 21 may tarixində verir.
Bakı şəhərində keçirilən beynəlxalq turnirdə Azərbaycan yığma komandasının tərkibində boksçumuz Əli Məmmədov (48 kq) bürünc medal qazanıb.
İdmançının şəxsi məşqçisi Astara Boks Mərkəzinin məşqçisi Ayaz Baxşıyevdir.