Astarada Gənclər və İdman Nazirliyinin yaradılmasının 30 illik yubileyi münasibətilə nərd turniri baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 10 iyul tarixində verir.
Həvəskarlar arasında keçirilən yarışda I yerə Yusifəli Səmədov, II yerə Məmməd Əliyev, III yerə Fizuli Rəhimov layiq görülüblər. Onlar diplomlarla təltif olunublar.
Turnir Astara Gənclər Evi SXM-də Lənkəran–Astara Regional Gənclər və İdman İdarəsi və Astara Gənclər Evinin birgə təşkilatçılığı ilə həyata keçirilib.