top
“Xalq düşməninin arvadı” kimi tanınan Lənkəranın ilk qadın-müəllimi kimdir?
16 noyabr 2024, 00:06
- +

“Xalq düşməninin arvadı” kimi tanınan Lənkəranın ilk qadın-müəllimi kimdir?

Məryəm Bayraməlibəyova 1898-ci il yanvar ayının 22-də Lənkəran şəhərində anadan olub.

Keçən əsrin əvvəllərində cənub zonasında qızlar üçün məktəb yox idi. Məryəm xanım bu iş uğrunda mübarizə aparır və atasının köməkliyi ilə 1918-ci ildə qızlar üçün Lənkəranda “Ünas” (“Qızlar”) məktəbini açıb. Atası öz evinin otaqlarından birini sinif otağı üçün ayırıb. Lakin problem tək yer tapmaqda deyildi. O vaxtlar bir çox ailələr qızlarına təhsil almağı qəti şəkildə qadağan edirdi. Çətinliklərə baxmayaraq, Məryəm xanım və atası Lənkəranı qapı-qapı gəzərək, insanları inandırıb məktəbə 9-12 qız toplaya biliblər.

Şagirdlər burada təkcə yazmaq, oxumaq öyrənmirdilər, eyni zamanda səhnəciklər hazırlayıb valideynlərin qarşısında çıxış edirdilər. Bu çıxışlardan toplanan vəsait kasıb qızların məktəbə cəlb olunması üçün xərclənirdi. Bu məktəbin müxtəlif illərdəki məzunları görkəmli teatr sənətinin ustaları – Xalq artistləri Həqiqət Rzayeva, Cahan Talışinskaya, Münəvvər Kələntərli olublar.

Məryəm xanım Lənkəranda yeganə qadın müəllim idi. Dindar qadınlar belə gənc müəllimin hekayələrini dinləməyə gəlirdilər. O, qızları məktəbə cəlb etmək üçün özü də çadrada gəzirdi. 1925-ci ildə Moskvada keçirilmiş I Ümumittifaq Müəllimlər qurultayının iştirakçısı və Qızıl Meydanda çıxış edən Şərqin ilk qadını idi. Məryəm xanım ömrü boyu savadsızlığa qarşı mübarizə aparır, qadınları mədəni və ictimai həyata cəlb etməyə çalışırdı. Bu məqsədlə Məryəm Bayraməlibəyova Lənkəranda ilk qadın xeyriyyə cəmiyyətini də yaradıb.

Lənkəranın ilk qadın müəlliminin həyatı heç də sadə olmayıb. Onun yoldaşı – Cavad bəy Məlik-Yeganov 1918-ci ildə Respublikanın müstəqillik bəyannaməsini imzalayan parlamentin 16 üzvündən biri olub. Sovet dövründə buna görə Kareliya düşərgələrindən birinə sürgün edilib və orada ölüb. Əvvəlcə Məryəm xanımı “xalq düşməninin arvadı” adlandırırdılar, sonra isə 1937-ci ildə heç bir siyasi təşkilata daxil olmadığına baxmayaraq, onu Müsavat partiyasının fəal üzvü kimi məhkum ediblər. İlk aylarını Bayıl həbsxanasında keçirib, sonra Arxangelsk şəhərinə köçürülüb.

1948-ci ildə həbs müddəti başa çatıb və Bayraməlibəyova Bakıya qayıdıb. O vaxta qədər Məryəm xanım görmə qabiliyyətini itirib və əmək, ictimai fəaliyyətinə qayıda bilməyib. 1956-cı ildə SSRİ Ali Məhkəməsinin qərarı ilə bütün ittihamlar Məryəm xanımdan götürülüb və adı reabilitasiya olunanların siyahısına daxil edilib. Yoldaşı Cavad bəy Məlik-Yeganov isə bir il sonra, 1957-ci ildə reabilitasiya olunub.

Məryəm Bayraməlibəyova 1987-ci ildə 89 yaşında Bakıda vəfat edib. 2000-ci ildə Məlik-Yeganovların Bakıda yaşadığı binaya onların xatirə lövhəsi vurulub.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 18:15

Lənkəranda 24 saat işləyən apteklər hansılardır?

Bütün xəbərlər
Bu gün, 17:35

Elektron pul köçürmələri ilə bağlı yeni hədd müəyyənləşdirilib

Bütün xəbərlər
Bu gün, 17:04

İmişlidə susuzluq həyatı iflic edib - VİDEO

Bütün xəbərlər
Bu gün, 16:33

Məleykə Abbaszadədən abituriyentlərə VACİB ÇAĞIRIŞ

Bütün xəbərlər
Bu gün, 16:03

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Bütün xəbərlər
Bu gün, 15:32

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Bu gün, 15:01

Lənkəranda kanalizasiya sisteminin yenilənməsi işlərinə başlanılıb

Bütün xəbərlər
Bu gün, 14:29

Lənkəranda qəza: 3 nəfər xəsarət alıb - VİDEO

Bütün xəbərlər
Bu gün, 13:55

Neftçalalı Xalq rəssamı Sakit Məmmədovun doğum günüdür

Bütün xəbərlər
Bu gün, 13:26

Ödənişi yüksək olan özəl bağçaların müsabiqədən keçmək şansı az olacaq - MÜTDA

Kriminal
Bu gün, 12:57

Sım şəlaləsində çiməni təhqir etdi, həbs olundu

İqtisadiyyat
Bu gün, 12:25

Məşhur şadlıq sarayı 3,5 milyon manata satışa çıxarıldı

Bütün xəbərlər
Bu gün, 11:58

DİM taksi sürücüləri üçün imtahan keçirəcək

Bütün xəbərlər
Bu gün, 11:30

MİQ-də vakansiya seçimi başladı

Bütün xəbərlər
Bu gün, 11:00

Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı

Bütün xəbərlər
Bu gün, 10:29

Astaranın bu kəndlərində qaz kəsiləcək

Kriminal
Bu gün, 09:56

Saatlıda cinayət: Sevgilisinin azyaşlı qızına təcavüz etdi

Bütün xəbərlər
Bu gün, 09:15

Bağçalara qəbulda yeni növbələrin yaradılması müvəqqəti dayandırıldı

Bütün xəbərlər
Dünən, 18:00

Ötən ay 11 aptekdə nöqsan aşkarlanıb

Bütün xəbərlər
Dünən, 17:24

Cenublu.az yazdı, problem dərhal həll olundu

Kriminal
Dünən, 16:58

Polis 56 kiloqramdan artıq narkotik vasitə aşkarladı

Bütün xəbərlər
Dünən, 16:27

İlk yarımildə neçə erkən nikahın qarşısı alınıb? - Rəsmi

Kriminal
Dünən, 15:56

Dostunun ölümünə səbəb olan şəxsə HÖKM OXUNDU

Bütün xəbərlər
Dünən, 15:25

Sabirabadda qaz olmayacaq

Oxşar xəbərlər