Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin “Nəsildən-nəslə teatr” layihəsi çərçivəsində növbəti seminar baş tutacaq.
Cenublu.az xəbər verir ki, tədbir iyulun 15-i Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Q.Vəliyev adına Mədəniyyət Mərkəzində keçiriləcək.
“Aktyor sənəti: ənənə və müasirlik dilemması” adlı seminarın qonağı Azərbaycan Respublikasının Xalq artisti, aktyor Qabil Quliyev olacaq. O, gənc iştirakçılarla aktyor sənətinin sirləri, rejissor–aktyor–tamaşaçı münasibətləri, ənənəvi və müasir yanaşmaların toqquşması, stereotiplərin qırılması kimi aktual mövzularda fikir mübadiləsi aparacaq.