Bu gün Vətən müharibəsi şəhidi Elməddin Cəfərqulu oğlu Babayevin dünyaya gəldiyi gündür.
Elməddin Babayev 1981-ci il oktyabrın 26-da Biləsuvar rayonunun Çaylı kəndində anadan olub.
Vətən müharibəsində iştirak edən Elməddin Babayev Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində gedən döyüş əməliyyatları zamanı düşmən hücumunun qarşısını alarkən 2020-ci il sentyabrın 29-da şəhid olub.
"Vətən uğrunda", "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.