Lənkəranda gənclərin iştirakı ilə "Bir cənub şəhərində" adlı sitrus festivalı keçiriləcək.
Cenublu.az xəbər verir ki, festival noyabrın 3-də Lənkəran rayonunun İstisu qəsəbəsində yerləşən "Citrus Valley" sitrus plantasiyasında təşkil olunacaq.
Tədbirin məqsədi gənclərin turizm və sahibkarlıq sahələrində bilik və bacarıqlarını artırmaq, aqroturizmi təşviq etmək, yerli istehsal və aqrobiznesi dəstəkləmək, həmçinin milli və regional məhsulların tanıdılmasına töhfə verməkdir.
Festival çərçivəsində iştirakçılar mandarin, limon və feyxoa yığımı və emalı proseslərində iştirak edəcək, yerli məhsullarla tanış olacaq və regional məhsulların təqdimatını izləyəcəklər.
Tədbirin sonunda fərqlənən iştirakçılar mükafatlandırılacaq. Həmçinin gənclər evlərinin özfəaliyyət qruplarının iştirakı ilə bədii-mədəni proqram təqdim olunacaq.