Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 64,6 milyon ABŞ dolları dəyərində çay idxal edilib.
Cenublu.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Məlumata görə, hesabat dövründə ölkəyə ümumilikdə 10,8 min ton çay gətirilib.
İdxal olunan çayın dəyəri 2025-ci ilin eyni dövrü ilə müqayisədə 0,8% artıb.