Biləsuvarda güclü yağış bazarda ciddi problemlərə səbəb olub.
Cenublu.az xəbər verir ki, bazarın ərazisi yağış suları ilə dolaraq keçilməz vəziyyətə düşüb.
Nəticədə satıcılar və alış-verişə gələn vətəndaşlar hərəkət etməkdə çətinlik çəkiblər. Ərazidə yaranan palçıq və gölməçələr ticarətə də mane olub.
Vətəndaşlar bazarda suyun yığılmasının qarşısını almaq və ərazini normal vəziyyətə gətirmək üçün tədbir görülməsini istəyirlər.