Qubadlı şəhəri 2020-ci il oktyabrın 25-də Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilib. Bu əlamətdar tarix Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, hər il qeyd olunur.
Ermənilər işğal müddətində Qubadlı şəhərini, rayonun kəndlərini dağıdıb, dini, tarixi, mədəni abidələrə, qəbiristanlıqlara, eləcə də təbiətə qarşı vandallıq əməlləri törədib.