Cəlilabad rayonunun Təzəkənd kənd bələdiyyəsinin sədri Rafiq Hacıyevin kassasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Ali Məhkəmədə hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub. Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, Rafiq Hacıyev Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub.
Məhkəmə: pravda.аz