Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzi "Açıq qapı" günü keçirəcək.
Cenublu.az xəbər verir ki, tədbir oktyabrın 28-də, saat 10:00-dan 13:00-dək Saatlı rayonunun Soltanabad kəndində səyyar şəkildə təşkil olunacaq.
"Açıq qapı" günü sosial işçi və psixoloqun iştirakı ilə baş tutacaq.