top
Lənkəranlı yazar: “Bu gün yazı-pozunu pul hesabına dərc etdirirlər” – ÖZƏL MÜSAHİBƏ
04 dekabr 2024, 06:01
- +

Lənkəranlı yazar: “Bu gün yazı-pozunu pul hesabına dərc etdirirlər” – ÖZƏL MÜSAHİBƏ

Şairlər və yaradıcı insanlar bəşəriyyətin inkişafına və mədəniyyətə böyük töhfələr verən şəxsiyyətlərdir. Onlar həyatın mənasını, gözəlliyini, çətinliklərini və sevinclərini dərin bir şəkildə əks etdirir, bəzən isə toplumu düşündürərək ona istiqamət verirlər.

Yaradıcı düşüncə həm də cəmiyyətin inkişafına təsir edən bir qüvvədir. Hətta şairlər belə, sosial və mədəni problemlərə diqqət çəkərək insanları düşündürməyə və dəyişikliklərə ilham verməyə çalışırlar. Müasir dövrdə isə şairlər və yaradıcı insanlar həm də texnologiya və sosial media vasitəsilə daha geniş auditoriyaya çatmaq imkanlarına sahibdirlər.

Cenublu.az-ın əməkdaşı şair Ağaddin Babayev ilə həmsöhbət olub.

Müsahibəni təqdim edirik:

- Ağaddin müəllim, öncə özünüz haqqında məlumat verməyinizi istərdim.

 - 15 mart 1956-cı ilə Lənkəranın Şağlaser kəndində dünyaya göz açmışam. 1985-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatrşünaslıq fakültəsini bitirmişəm. Lənkəran Dövlət Dram Teatrında ədəbi-dram hissəsinin rəhbəri, “Lənkəran” qəzeti redaksiyasında müxbir və şöbə müdiri, “Bakinski raboçi” qəzeti redaksiyasının, APA İnformasiya Agentliyinin və APA TV-nin cənub bölgəsi üzrə xüsusi müxbiri vəzifələrində çalışmışam.

Üç yaradıcılıq təşkilatının – Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüyəm. On altı yaşından ədəbi yaradıcılıqla məşğulam. Hekayə, pyes və şeirlərim, habelə rus və dünya ədəbiyyatından tərcümələrim müxtəlif mətbu orqanlarında dərc olunub.

Qələmə aldığım “Kaloğlanın sərgüzəştləri”, “Sehrli sandıq”, “İki qardaşın nağılı”,  “Üç qardaş”, “Comərdin hünəri”, “Yeni il möcüzəsi”, “Nağıllar aləmində”, “Nar ağacının sehri”, “Ağlama, qərənfil, ağlama”,  tərcümə etdiyim “Andro və Sandro” (Georgi Xuqayev), “Kələkbaz” (Lev Korsunski), “Sehrli yaylıq” (Valeri Qubaryev), “Evlən, oğul, evlən!” (Süleyman və Həmdiyə Lətipovlar)  pyesləri Lənkəran və Mingəçevir dövlət dram teatrlarında, Şuşa Dövlət Musiqili Dram Teatrında, Salyan Dövlət Kukla Teatrında, Beyləqan Xalq Teatrında tamaşaya qoyulub.

“Moi sobesedniki” (2002) və “Ot naşeqo korrespondenta”  (2009) publisistik kitabların müəllifiyəm. Dəfələrlə müxtəlif yaradıcılıq müsabiqələrinin, o cümlədən Azərbaycan Respublikasının Prezidenti yanında Medianın İnkişafına Dövlət Dəstəyi Fondunun elan etdiyi yazı müsabiqələrinin qalibi olmuşam. “Qızıl Qələm” media mükafatı laureatıyam.

- Şeir yazmağa başladığınız ilk illərlə indiki dövrünüzdəki yanaşmalarınızda fərqlər varmı?

- Fərq çoxdur. O vaxtlar, daha dəqiq desəm, 1970-80-ci illərdə, şeirləri çap etdirmək çox çətin idi. Bakıda rəhmətlik şairlərdən Qaçay Köçərlinin, Nüsrət Kəsəmənlinin, Vilayət Rüstəmzadənin rəhbərlik etdikləri ədəbi birliklərinin üzvü olmuşam. Həftədə bir dəfə məşğələlər olardı. O vaxt kəskin tənqid vardı. Əlbəttə, sağlam tənqidin xeyri çox idi. Əksər hallarda məni bəyənirdilər. Amma çap olunmaq məsələsinə gələndə, müşkülə çevrilərdi. Bir dəfə “Azərbaycan gəncləri” qəzeti redaksiyasında ədəbiyyat şöbəsinin müdiri, şair Tofiq Mütəllibovun yanına gedib ona bir neçə şeir təqdim etdim. Tofiq müəllim yazılarıma nəzər yetirib mənə qaytardı: “Növbə çoxdur, sakit vaxtlarda gələrsən”, - deyib başından eləmək istədi. Mən qapıdan çıxmaq istəyirdim ki, “Hələ bir ayaq saxla, bala, o şerləri ver görüm”, - dedi. O, 3-4 şeirin arasından “Anam məndən xəbərsiz” şeirini seçərək, yaxın günlərdə dərc etdirəcəyinə söz verdi. Çox keçməmiş şeirim həqiqətən də “Azərbaycan gəncləri” qəzetində işıq üzü gördü.

Amma bu gün çap problemi yoxdur. Mətbu nəşrlərinin demək olar ki, 90 faizi yazı-pozunu pul hesabına dərc etdirirlər. Lori dildə desək, pulunu ver, şəklini çək. Amma sözün açığı, bu gün şeirin duzu qaçıb. Yaxşı ədəbi nümunələrə həmişə rast gəlmək olmur. İstedadsızlar, necə deyərlər, meydan sulayır.

- Əvvəlki illərə qayıdaq. Yaradıcılığınıza necə başladınız və bu sahəyə olan marağınızın qaynağı nədir?

- 14-15 yaşlarımdan şeir, məqalələr yazmağa başlamışam. 14 yaşımda “Leninçi” (indiki “Lənkəran”) qəzetində ilk məqaləm dərc olunub. Elə həmin ərəfədə redaksiyada fəaliyyət göstərən ədəbi birliyin məşğələlərinə ayaq açmağa başladım. Orada artıq respublikada kifayət qədər tanınan imza sahiblərindən Şəkər Aslan, İltifat Saleh, Vaqif Hüseynov, Həbib Səfərov, Mirhafiz Bahadır, Qüdrət Cəfərov, Manaf Manafov və digərləri ilə tanışlığımın heç şübhəsiz ki, püxtələşməyimdə əvəzsiz rolu vardı. Sonralar “Lənkəran” qəzetində çalışdığım dövrdə də Şəkər Aslanın, Qüdrət Cəfərovun qayğısını hiss etmişəm.

- Şeir və ədəbiyyat bu gün hansı vəziyyətdədir? Fikrinizcə, bu sahədə hansı dəyişikliklər baş verməlidir?

- İstər şeirin, istərsə də ümumən ədəbiyyatın vəziyyəti Allaha şükür ki, hələ heç də katastrofik həddə deyil. Amma hər bir halda gərək biz hamılıqla “xaltura” ədəbiyyatına qarşı mübarizə aparaq. Doğrudur, bu gün imzası ilə seçilən gənc qələm sahibləri onlarladır. Elə öz həmkəndlim Cavid Qasımovun adını çəkə bilərəm. Cavid gündən-günə inkişaf edir. Onun şeirlərini oxuduqca uğurlarına çox sevinirəm.

O ki qaldı dəyişikliklərə, burada elə bir köklü dəyişiklik etməyə ehtiyac yoxdur. Sadəcə biz gərək oxucunun qəlbini isitməyən, naftalin iyi verən “şeir”lərə və “şair”lərə qarşı barışmaz olaq.

- Hər hansı bir yeni kitab, layihə üzərində çalışırsınızsa, bu barədə bizi məlumatlandıra bilərsiniz? Neçə kitabınız var?

- Lənkəran Dövlət Dram Teatrının tarixi ilə bağlı kitab yazmağa başladım, amma sponsor olmadığından yarıda saxladım. 2000-ci illərin əvvəllərində “Prizma” adında 16 səhifəlik bir qəzet buraxırdım, indi onun yenidən bərpa edilməsi barədə düşünürəm. İki publisistik kitabım çap olunub. Amma çap olunası xeyli tərcümə əsərlərim, pyeslərim də var.

- Yaradıcılığınızda hansı mövzulara daha çox diqqət yetirirsiniz?

- Mədəniyyət məsələləri mənə daha çox doğmadır. Çünki ixtisasca teatrşünasam. 30 ildən çox bir müddətdə Lənkəran teatrında çalışmışam.

- Gənc şairlərə hansı məsləhətləri verərdiniz?

- Gənc şairlərə məsləhətim odur ki, çox oxusunlar, söz “baqaj”larını zənginləşdirsinlər.

- Yaşadığınız Lənkəranda sakinlərin şeirə, ədəbiyyata, kitaba marağı necədir?

- Bu gün, sözün açığı, ədəbiyyata, kitaba maraq demək olar ki, yox dərəcəsindədir. Lənkəran kimi böyük bir şəhərdə kitab mağazası yoxdur. Kitabxanaların qapısı qıfıllıdır.

- Xarici əsərləri tərcümə etmisiniz..

- Fransız dramaturqu Fransuaza Saqanın “Huşunu itirmiş at” psixoloji pyesini Azərbaycan dilinə tərcümə etmişəm. Əsər qəzet və jurnallarda dərc olunub. Amma çox arzusundayam ki, onu hər hansı bir teatrda tamaşaya qoyaydılır. Əfsus ki, hər bir rejissor psixoloji pyesi həzm edə bilmir. Görək də...

Nəzrin Vahid

Son xəbərlər

Kriminal
14 mart 2026, 17:00

Məhərrəmlik məclisindən sonra qohumlarını döyən qardaşlardan biri amnistiyaya düşdü

Kriminal
14 mart 2026, 16:00

Sosial şəbəkələrdə nalayiq ifadələr işlədən cənublular həbs olunub

Cəmiyyət
14 mart 2026, 15:06

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Siyasət
14 mart 2026, 14:05

İrandan daha 21 nəfər Azərbaycana təxliyə edilib

Cəmiyyət
14 mart 2026, 13:03

Lənkəranlı məktəblilərdən minalara qarşı yeni ideya

Cəmiyyət
14 mart 2026, 12:02

4 yaşlı uşaq su quyusuna düşüb öldü

Kriminal
14 mart 2026, 11:00

Evlənmək istəmədiyi üçün bıçaqladı, avtomobillə vurdu

Cəmiyyət
14 mart 2026, 10:00

Vətən müharibəsi şəhidimizin ad günüdür

Cəmiyyət
13 mart 2026, 16:00

Elçin Hüseynov bu görüntülərə görə həbs edilə bilər? - AÇIQLAMA

Mədəniyyət
13 mart 2026, 15:18

Kənd məktəbinin 3 şagirdi finalda: İkisi bacıdır

İqtisadiyyat
13 mart 2026, 14:09

Lənkaranda işçi axtarılır – 1500 AZN-dək maaş

Siyasət
13 mart 2026, 13:03

Vasif Qafarov: "Lerikdəki həmin binaların istismar müddəti başa çatıb"

Kriminal
13 mart 2026, 12:02

Sevgilisinin bacısından rədd cavabı aldı, nənəsini isə BIÇAQLADI

Kriminal
13 mart 2026, 11:01

Biləsuvarda 16 kq narkotik vasitə aşkarlandı

Siyasət
13 mart 2026, 10:00

Lənkəran Şəhər İcra Hakimiyyətində 44 nəfər işdən çıxarıldı

İqtisadiyyat
13 mart 2026, 09:01

Azərbaycan neftinin qiyməti 105 dolları keçib

Cəmiyyət
12 mart 2026, 17:52

Ağadadaş Ağayev qızının xəstəliyindən danışdı

Siyasət
12 mart 2026, 16:02

Rusiyadan İrana göndərilən təyyarə Lənkəran aeroportuna enib

Siyasət
12 mart 2026, 15:07

Məşğulluq xidmətlərində də süni intellektin tətbiqi planlaşdırılır

Cəmiyyət
12 mart 2026, 14:01

Bu gecə ehtimal edilən üçüncü Qədr gecəsidir

Siyasət
12 mart 2026, 13:02

Uşağa döyərək tərbiyə verən valideyn və müəllimlər CƏRİMƏLƏNƏCƏK?

Mədəniyyət
12 mart 2026, 11:51

"Ad günü şamları" tammetraj sənədli filminin xüsusi nümayişləri bitdi

Cəmiyyət
12 mart 2026, 11:01

Lənkərannlı şəhidimizin ad günüdür

Siyasət
12 mart 2026, 09:18

Daxili Qoşunların yaranmasından 34 il ötür

Oxşar xəbərlər