top
Lənkəranlı damar cərrahı: “Tibbi personalın xəstəliklər barədə yanlış fikir yaratmasına da rast gəlirik” – ÖZƏL MÜSAHİBƏ
18 mart 2025, 04:08
- ↺ +

Lənkəranlı damar cərrahı: “Tibbi personalın xəstəliklər barədə yanlış fikir yaratmasına da rast gəlirik” – ÖZƏL MÜSAHİBƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Cenublu.az–ın bugünkü müsahibi damar cərrahı Mirzağa Xancanovdur.

Müsahibəni təqdim edirik:

- Mirzağa bəy, öncə özünüz haqqında məlumat verməyinizi istərdim.

-  1965-ci ildə Lənkəran rayonunun Şağlakücə kəndində anadan olmuşam. 1980-ci ildə Şağlakücə kəndində 8-ci sinfi, 1982-ci ildə Bakı şəhəri 5 saylı kimya-biologiya liseyini bitirmişəm. 1983-1985-ci illərdə orduda xidmət etmişəm.

1986-1992 illərdə Ukrayna Xarkov Tibb İnstitutunun müalicə işi fakültəsində ali təhsil almışam. Xarkov Həkimlərin Təkmilləşdirmə İnstitutunda ümumi cərrah ixtisası, Kiyev Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutunda isə ürək-damar cərrahı ixtisasına (“ürək və iri damarların cərrahiyyəsi”) yiyələnmişəm.

1992-1997-ci illərdə Xarkov Ürək Damar Cərrahiyyəsi Mərkəzinin damar cərrahlığı şöbəsində ürək-damar cərrahı ixtisası üzrə işləmişəm. 1998-ci ildən  Lənkəran MRX da işləyirəm. (1998-1999-cu illərdə qəbul şöbəsində, 1999-2020-ci illərdə cərrahiyyə şöbəsində, hazırda isə poliklinika şöbəsində ümumi cərrah ixtisası üzrə).

- Damar cərrahı olmağa necə qərar verdiniz? Bu sahəyə marağınız necə yarandı?

- Tələbə olduğum dövrdə bu ixtisasa maraq göstərmişəm. IV kursda oxuyanda ARİT şöbəsində orta tibb işçisi kimi (tibb qardaşı) işlədiyim vaxtlarda damar xəstəlikləri ilə əməliyyat olunan xəstələrlə daha çox təmasda olmağım bu ixtisasa həvəsimi artırdı.

- İxtisaslaşdığınız damar xəstəlikləri hansılardır?

- Damar cərrahiyyəsi geniş spektrli çoxşaxəli ixtisas sahəsidir. Arterial, venoz və limfa damarlarının cərrahi xəstəliklərinin müayinə və müalicəsi ilə məşğul olan sahədir. Mən aşağı ətraf damarlarının (arteriya, vena, limfa) rast gəlinən xəstəlikləri üzrə ixtisaslaşmışam.

- Həkimlik təcrübənizdə ən yadda qalan və çətin hal nə idi?

- Həkimlik sənəti, həkimlik təcrübəsi asanlıqla əldə olunmur. Bu peşə sahibləri daim axtarışda, daim öz üzərində işləyən, hər iş gününün sonunda işini təhlil etməyi bacaran insanlardır. Belə yanaşma sənətinə qarşı sevgi olduğu halda mümkündür. Sevgi olan halda isə rast gəlinən çətinliklərdən danışmağa ehtiyac yoxdur.

- Damar cərrahiyyəsində hansı yeni texnologiyaların tətbiqi sizə ən çox təsir etdi?

- Son illərdə səhiyyədə müasir innovativ texnologiyaların geniş tətbiqinin şahidi oluruq. Damar cərrahlığı da bu inkişafdan kənarda qalmır. Mini invaziv endovaskulyar cərrahiyyə, EVLA, süni intellektin tətbiqi, robotlaşdırılmış damar cərrahiyyəsi və s. buna nümunə ola bilər.

- Açıq cərrahiyyə və minimal invaziv (laparoskopik) üsullar arasında hansı yanaşmanı seçirsiniz?

- Damar xəstəliklərinin cərrahi müalicəsində seçim fərdi qaydada həyata keçirilir. Hər bir üsulun tətbiqinə göstəriş və ya əks-göstərişlər vardır. Bu yanaşmalar klinik protokollarda geniş qeyd olunub.

- Damar əməliyyatlarında ən çox qarşılaşdığınız risklər hansılardır və bu riskləri necə idarə edirsiniz?

- Cərrahi xəstəliklərin (damar cərrahlığı xəstəliklərin) əməliyyat zamanı və ya əməliyyatdan sonra yarana biləcək fəsadları (riskləri) qaçılmazdır. Bu risklərin minimuma endirilməsi üçün müəyyən əməliyyat önü və ya əməliyyat dövrü tədbirlərin icrası mühüm rol oynayır. Bütün bu hallar klinik protokollara müvafiq aparılır.

- Damar xəstəliklərinin erkən diaqnozu nə qədər əhəmiyyətlidir və bunu necə həyata keçirirsiniz?

- Erkən diaqnozun qoyulması və onun dəqiqləşdirilməsi çox vacib və mərhələli prosesdir. Xəstənin ilkin müraciət vaxtı (gec və ya tez), müraciət etdiyi tibb personalı (orta tibb işçisi, sahə həkimi, digər ixtisas həkimi), müraciəti qəbul edən personalın damar xəstəlikləri barəsində kifayət qədər bilgisinin olması çox mühüm amillərdir. Erkən dəqiq diaqnoz və onun sayəsində tətbiq olunan müalicə əksər hallarda müsbət nəticələr verir, risk faktorlarını minimuma endirir, əlilliyin və ölüm hallarının qarşısın alır. Tibbi maariflənmənin də rolu bu sahədə böyükdür.

- Xəstələrin damar xəstəliklərinin müalicəsini təxirə salmalarının səbəbləri nələrdir?

- Hesab edirəm ki, xəstəlikləri haqqında məlumatsızlıq, xəstəlik fəsadlarına qeyri-ciddi yanaşma, məsuliyyətsizlik, çox hallarda səhlənkarlıq. Bəzən də, təəssüf hissi ilə bildirirəm, tibb personalı tərəfindən xəstələrdə xəstəlikləri barəsində yanlış fikir yaratması hallarına da rast gəlirik. Bütün bunlar ağır nəticələrin yaranmasına səbəb olur. Bu hallara qarşı tibbi maariflənmədən istifadə edirik.

- Xəstənin həyat tərzi və vərdişlərinin damar xəstəliklərinə təsirini necə qiymətləndirirsiniz?

- Tütün çəkmə, alkoqol, energetik tərkibli içkilər, narkotik vasitələrdən istifadə, qeyri-düzgün qidalanma, passiv həyat tərzi (hipodinamiya, adinamiya), stress və s. damar xəstəliklərinin yaranmasına və inkişafına zəmin yaradan amillərdir. Bu siyahını uzatmaq da olar.

- Damar cərrahiyyəsində qarşıdakı illərdə hansı yeni inkişafları və texnologiyaları gözləyirsiniz?

- Səhiyyə sistemində islahatların tətbiqi, innovativ texnologiyardan istifadə olunması  inanıram ki, gözəl nəticələr verər. Bütün bunlara baxmayaraq tibb personalı faktoru mühüm rol oynayır. Onların nəzəri, praktiki hazırlığı, peşəsinə sevgisi və insani mənəvi keyfiyyəti kimi amillər həmişə vacibliyini qoruyur.

- Damar cərrahı olaraq gələcəkdə hansı sahələrə daha çox diqqət yetirməyi planlaşdırırsınız?

- Preventiv təbabətin inkişafına daha çox önəm verməyin vaxtı gəlib. Preventiv təbabət xəstəliklərin profilaktikası, travmaların, əlilliyin, erkən ölüm hallarının  qarşısını almaq üçün nəzərdə tutulan tibb sahəsidir. Təbabətin bu istiqaməti müasir dövrün zəruriliyinə çevrilib. Xəstəliklərin qarşısını almaq onları müalicə etməkdən daha asan və iqtisadi cəhətdən daha sərfəlidir.

- Cənub sakinlərində daha çox hansı xəstəliklərə rast gəlinir?

- Cənub regionunda şəkərli diabetin fəsadlarına aid edilən diabetik ayaq sindromu, diabetik qanqren, aşağı ətraf arteriyalarının aterosklerozu, varikoz xəstəlik və digər damar xəstəliklərinə nisbətən daha çox rast gəlinir. Vaxtında olunan müraciət, düzgün tətbiq edilmiş müayinə və müalicə uğurlu nəticə verir. Tövsiyə edərdim vətəndaşlarımız zərərli vərdişlərdən uzaq dursunlar, düzgün qidalansınlar, aktiv həyat tərzi sürsünlər, vaxtaşırı profilaktik müayinələrdən istifadə etsinlər. TƏBİB, İTS vətandaşlarımız üçün buna imkan və şərait yaradıb.

- Bu xəstəliklər hansı yaş kateqoriyasını əhatə edir?

- 30 və daha yuxarı yaş üstünlük təşkil edir. Digər yaş kateqoriyalarının da mövcudluğu istisna deyil.

Nəzrin Vahid

Son xəbərlər

Kriminal
Bu gün, 10:35

İmişlidə dostunu üç yerdən bıçaqlayana HÖKM

Bütün xəbərlər
Bu gün, 10:00

Cəlilabadlı şəhidimizin ad günüdür

İqtisadiyyat
Bu gün, 09:25

Lerikdə abadlıq işlərinə başlanılır

Bütün xəbərlər
Bu gün, 00:05

Ermənistanın Bərdədə törətdiyi növbəti terror hadisəsindən 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

28 oktyabr 2020-ci il: Vətən müharibəsinin 32-ci günü

Bütün xəbərlər
Dünən, 18:00

Noyabrda rayonlarda vətəndaş qəbulları keçiriləcək

Bütün xəbərlər
Dünən, 17:30

Avtomobildə telefondan istifadə foto və videokameralar tərəfindən də qeydə alınaraq, cərimə yazılacaq

İdman
Dünən, 16:53

Sabirabadın "Marafon" klubundan sensasiya: Daha güclü liqanın komandasını Kubokdan kənarlaşdırdı

Bütün xəbərlər
Dünən, 16:28

Salyan sakini anasını, atasını və qardaşının arvadını bıçaqlayıb, ana ölüb

Bütün xəbərlər
Dünən, 15:37

Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu

Bütün xəbərlər
Dünən, 14:38

İgid şəhid Cəlil Cavadovun xatirəsi anılır

Bütün xəbərlər
Dünən, 13:45

Sabah Yardımlıda qaz olmayacaq

Bütün xəbərlər
Dünən, 13:10

Həlak olmuş əməkdaşın ailəsinə medallar təqdim edilib

Bütün xəbərlər
Dünən, 12:30

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 11:55

Astaralı şəhidimizin xatirəsi anılır

Bütün xəbərlər
Dünən, 11:18

Neftçalalı qazinin qətli ilə bağlı DETALLAR

Bütün xəbərlər
Dünən, 11:00

Masallıda bu gün işıq olmayacaq

Bütün xəbərlər
Dünən, 10:28

Neftçalada avtoqəza: Xəsarət alanlar var

Kriminal
Dünən, 09:29

Masallıda 7 kiloqrama yaxın narkotik vasitə aşkarlandı

Bütün xəbərlər
Dünən, 00:05

Ermənilərin Bərdənin Qarayusifli kəndində törətdiyi terror aktından 6 il ötür

Bütün xəbərlər
Dünən, 00:01

27 oktyabr 2020-ci il: Vətən müharibəsinin 31-ci günü

Bütün xəbərlər
26 oktyabr 2026, 18:00

Biləsuvar bazarını yağış suları basıb - VİDEO

Bütün xəbərlər
26 oktyabr 2026, 17:28

Masallının keçmiş icra başçısı əməliyyat zamanı öldü

Bütün xəbərlər
26 oktyabr 2026, 17:00

Lənkəranda sitrus festivalı keçiriləcək

Bütün xəbərlər
26 oktyabr 2026, 16:15

Sabah Saatlıda qaz olmayacaq Sabah Saatlıda qaz olmayacaq

Bütün xəbərlər
26 oktyabr 2026, 15:40

Lerikli şəhid Ağamid Ağacəfərlinin anım günüdür

Bütün xəbərlər
26 oktyabr 2026, 15:10

Bahar Muradova Salyanda vətəndaşları qəbul edəcək

Bütün xəbərlər
26 oktyabr 2026, 14:30

Sabah hava necə olacaq?

Oxşar xəbərlər