top
Lənkəranlı aktyor Fateh Fətullayevin doğum günüdür
01 sentyabr 2025, 01:58
- ↺ +

Lənkəranlı aktyor Fateh Fətullayevin doğum günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün Azərbaycan teatr və kino aktyoru Fateh Möhsün oğlu Fətullayevin dünyaya gəldiyi gündür. O, 1909-cu il sentyabrın 1-i Mirzə Möhsün Fətullazadənin ailəsində dünyaya göz açıb.

Fateh ailənin böyük oğlu idi. Əsl adı Fətulla olub. Ancaq şair Hüseyn Cavidin təkidi ilə adını dəyişib Fateh qoyub.

Fateh Fətullayev əsasən teatr aktyoru kimi fəaliyyət göstərsə də, müxtəlif filmlərdə də çəkilib. Onun ən məşhur rolları “Ögey ana” filmində “Arif”, “Bir məhəlləli iki oğlan”da “usta Əli”, “Qaraca qız” filmində isə “Hüseyn bəy” obrazlarıdır.

1932-ci ildə Fateh Fətullayev Mirzə Fətəli Axundzadə adına Tiflis Dövlət Azərbaycan Dram Teatrında sənət fəaliyyətinə başlayıb. 1933-cü ildə Fətullayev Dağıstanın Dərbənd şəhərində Azərbaycan Dövlət Dram Teatrında işini davam etdirib. O, bir il sonra, 1934-cü ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrın truppasına daxil olub və burada on ilə yaxın aktyorluq edib. 1944-cü ildə Fateh Fətullayev Azərbaycan Dövlət Musiqili Komediya Teatrında ifaçi-solist kimi çıxış edib.

İncəsənət xadimi İlham Rəhimli aktyor haqqında belə yazıb: “Ailələrində hamının, o cümlədən Fatehin də gur və xoşagələn səsi vardı. O, Musiqili Komediya Teatrında xarakter və məsxərə surətlərini oynayırdı. Buna baxmayaraq aktyor istedadının bədii qəlibləri baxımından dramatik teatrın estetik prinsiplərinə yovuşumlu idi. Özü də bunu hiss edib 1946-cı ildə yenidən Akademik teatrın kollektivinə üz tutdu. Tərəddüdsüz truppaya daxil olan Fateh Fətullayev sənət ömrünü və həyat yolunu Milli Dram Teatrında başa vurdu”.

Fateh Fətullayev 4 may 1986-cı ildə Bakı şəhərində vəfat edib.

Son xəbərlər

Kriminal
Bu gün, 12:55

Azərbaycanda ötən il 134 yeniyetmə cinayət törədib

Bütün xəbərlər
Bu gün, 12:20

Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzi "Açıq qapı" günü keçirəcək

Kriminal
Bu gün, 11:45

Masallıda çayxanada dava: həmkəndlisini döyənin cəzası dəyişmədi

Siyasət
Bu gün, 11:09

ETN: İranlı nazirin Azərbaycanda təhsillə bağlı açıqlaması tamamilə yersizdir, ölkəmizin daxili işlərinə müdaxilə cəhdidir

İdman
Bu gün, 10:34

Beyləqandan dünya zirvəsinə: Eldəniz Əzizli haqda 10 maraqlı fakt – Cenublu.az-ın araşdırması

Bütün xəbərlər
Bu gün, 09:50

Vətən müharibəsi şəhidimizin ad günüdür

İdman
Bu gün, 09:16

Neftçalanın məktəbli idmançısı Dünya Kubokunda medal qazandı

Bütün xəbərlər
Bu gün, 00:05

Vətən müharibəsinin xronikası: 26 oktyabr

Siyasət
Dünən, 00:05

Bu gün Qubadlı Şəhəri Günüdür

Siyasət
Dünən, 00:01

25 oktyabr 2020-ci il: Vətən müharibəsinin 29-cu günü

Bütün xəbərlər
24 oktyabr 2026, 16:53

Lənkəranlı şəhidimizin xatirəsi yad edilir

İqtisadiyyat
24 oktyabr 2026, 15:23

Azərbaycana 9 ayda 64,6 milyon dollarlıq çay idxal olunub

Kriminal
24 oktyabr 2026, 14:30

Cəlilabadın kənd bələdiyyəsinin sədrinin şikayəti rədd edildi

Bütün xəbərlər
24 oktyabr 2026, 12:24

DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Bütün xəbərlər
24 oktyabr 2026, 11:26

DİN: Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

Bütün xəbərlər
24 oktyabr 2026, 09:42

Ali təhsilli işsiz gənclərin sayı 9 mini keçib

Bütün xəbərlər
24 oktyabr 2026, 00:05

24 oktyabr 2020-ci il: Vətən müharibəsinin 28-ci günü

Kriminal
23 oktyabr 2026, 17:56

Tiktoker "İsican" həbs edildi

Bütün xəbərlər
23 oktyabr 2026, 17:00

Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi

Bütün xəbərlər
23 oktyabr 2026, 16:13

Lerikdə yaşıllıqların qanunsuz kəsilməsi faktı aşkar olunub

Bütün xəbərlər
23 oktyabr 2026, 15:38

Lerikli JONY-də nadir xəstəlik aşkarlanıb

Bütün xəbərlər
23 oktyabr 2026, 14:55

Cəlilabadda ovçuluq təsərrüfatında güclü yanğın başlayıb

Bütün xəbərlər
23 oktyabr 2026, 13:30

Sabah hava necə olacaq? — PROQNOZ

Bütün xəbərlər
23 oktyabr 2026, 12:17

Salyanda mikroavtobus yanaraq kül oldu

Oxşar xəbərlər