Cəlilabad şəhərində bir hissəsi çökən yol təmir edilib.
Report.аz xəbər verir ki, hadisə bu ilin aprel ayında şəhərin Fərid Əhmədov küçəsində qeydə alınıb.
Təmir işlərinin həyata keçirildiyi yolun həmin hissəsinə asfalt örtüyü döşənib.
Qeyd edək ki, Cəlilabad rayon icra hakimiyyəti başçısının şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən bildirildiyinə görə, yolda çökmənin baş verməsi ərazidən keçən kanalizasiya xəttində yaranmış nasazlıqla bağlı olub.