Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) bölgələrdə film nümayişlərini davam etdirir.
Cenublu.az xəbər verir ki, “Kino Günləri” layihəsinin növbəti ünvanı Biləsuvar rayonudur.
19-21 iyun tarixlərində Biləsuvardakı Heydər Əliyev Mərkəzində film nümayişləri olacaq.
Nümayiş proqramına Qulu Əsgərovun “Mən burdayam, ilahi!”, Mirsadıq Ağazadənin “Eviniz abad”, Aydın Arslanın “Aktyor” tammetrajlı bədii filmləri daxildir.