top
Bacısının xeyir-duası ilə Ziya Bünyadova ömür-gün yoldaşı olan Tahirə xanım
13 fevral 2025, 02:36
- ↺ +

Bacısının xeyir-duası ilə Ziya Bünyadova ömür-gün yoldaşı olan Tahirə xanım

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sovet İttifaqı Qəhrəmanı, Azərbaycan şərqşünası, astaralı tarixçi  Ziya Bünyadov və onun həyat yoldaşı, yazıçı Yusif Vəzir Çəmənzəminlinin bacısı qızı Tahirə Bünyadova 1946-cı ildə Moskvada tanış olublar. 

1946-cı ildə sovet ordusu sıralarından tərxis olunduqdan sonra Ziya N.Nərimanov adına Moskva Şərqşünaslıq İnstitutunda oxumağa başladı. Bu zaman Tahirə xanım həmin institutda IV kursda təhsil alırdı.

Tahirə xanımın önünə tez-tez arıq, uzun, ciddi və qaraqabaq görkəmli bir oğlan çıxırdı. Yalnız bir müddət sonra xanım oğlanın Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadov olduğunu başa düşür.

Xanım bir gün bu gənc haqqında anasına danışır. Anası isə ona oğlanla salamlaşmasını məsləhət görür. Qız elə də edir. Oğlana yaxınlaşıb, salam verir. Ziya isə Tahirədən bu hərəkəti gözləmədiyi üçün salamını alıb, özünü itirir. Beləliklə, onlar tanış olurlar. Sonralar Ziya etiraf edirdi ki, xanımdan çox xoşu gəlirdi, lakin yaxınlaşmağa cürət etmirdi.

Tahirə xanım Ziya haqda deyirdi: “Dərslərdən sonra rəqs axşamları olanda heç kim məni rəqsə çağırmırdı. Fikirləşirdim ki, gözəl bir qızla niyə heç kim rəqs etmək istəmir? Sən demə, məni rəqsə çağırmaq istəyən oğlanları Ziya aparıb arxada döyürmüş”.

Ziya evlilik təklif edəndə isə Tahirə xanım ona deyir: “Qoy fikirləşim, anamla məsləhətləşim”. Qızın anası əvvəlcə bu evliliyə razılıq vermir. Tahirənin bacısı Xavəri Moskvaya oğlana baxmaq üçün göndərir. Ailəsi Tahirə xanımı kasıb oğlana ərə vermək istəmirdi. Amma Ziya ilə tanışlıqdan sonra Xavər anasına xəbər verir ki, oğlan çox yaxşı insandır.

1947-ci ilin mayında Ziya və Tahirə xanım rəsmi nikah bağlayırlar. VVAQ-dan (Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı) çıxanda nə Tahirənin, nə də Ziyanın cibində pul olur. Onlar əl-ələ yataqxanaya qədər olan 15 kilometrlik yolu piyada gedirlər. Cütlüyün toyları yataqxanada yaxın dostların əhatəsində keçir.

Tahirə xanımın sözlərinə görə, Ziya ondan uzaq olanda belə deyərdi: “İstəyirəm həmişə mənim yanımda olasan və sənin gülüşün mənə güc versin”.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

30 oktyabr 2020-ci il: Vətən müharibəsinin 34-cü günü

Kriminal
Dünən, 17:38

Ötən illərdən bağlı qalmış 294 cinayət açılıb, axtarışa verilənlərin 87,2 faizi tutulub

Bütün xəbərlər
Dünən, 17:00

Şəhid Emil Qurbanovun anım günüdür

Bütün xəbərlər
Dünən, 16:15

Masallıda Zəfər Gününə həsr olunan yarımarafon keçiriləcək

Bütün xəbərlər
Dünən, 15:30

Qızıl almaq istəyənlərə ŞAD XƏBƏR

Bütün xəbərlər
Dünən, 14:50

İmişlili kolluqda gizlənmək istəyən həmyerlisini güllələdi — MƏHKƏMƏ

Cəmiyyət
Dünən, 14:10

Azərbaycanda qadınların orta çəkisi kişilərdən çoxdur

Bütün xəbərlər
Dünən, 13:30

Sabah hava necə olacaq?

Kriminal
Dünən, 12:55

6 ildə həbsxanalarda doğulan uşaqların SAYI

Bütün xəbərlər
Dünən, 12:20

Cəlilabadlı şəhidimizin xatirəsi anılır

Bütün xəbərlər
Dünən, 11:45

Masallıda avtoqəza: ölən var

Bütün xəbərlər
Dünən, 11:10

Lənkəranın bu küçəsində sakinlər palçıq içində qalıb - VİDEO

Kriminal
Dünən, 10:30

Lerikdə əsgərlikdən qayıdan gənc 200 min manatlıq təzminat tələb edir

İqtisadiyyat
Dünən, 09:48

Azərbaycan nefti bahalaşıb

Siyasət
Dünən, 09:15

Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə paylaşım edib

Bütün xəbərlər
Dünən, 00:05

29 oktyabr 2020-ci il: Vətən müharibəsinin 33-cü günü

Bütün xəbərlər
28 oktyabr 2026, 17:30

İgid şəhidimizin xatirəsi anılır

Bütün xəbərlər
28 oktyabr 2026, 16:40

Lənkəranda yol sürücülər üçün təhlükəyə çevrilib - VİDEO

Cəmiyyət
28 oktyabr 2026, 16:00

Azərbaycanda nikahların sayı azalır

Bütün xəbərlər
28 oktyabr 2026, 15:15

Lənkəranda qanlı suların dənizə axıdılması ilə bağlı RƏSMİ AÇIQLAMA

Bütün xəbərlər
28 oktyabr 2026, 14:30

Cəlilabadlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
28 oktyabr 2026, 13:55

Sabah hava necə olacaq?

Kriminal
28 oktyabr 2026, 13:15

Xüsusilə külli miqdarda narkotik vasitənin tranzit yolla keçirilməsinin qarşısı alınıb

Bütün xəbərlər
28 oktyabr 2026, 12:30

Paytaxtda şagird pəncərədən yıxılıb ÖLDÜ

Oxşar xəbərlər