Salyan rayonunda məktəbli vəfat edib.
Qafqazinfo.аz xəbər verir ki, rayonun Kürsəngi kənd sakini, 16 yaşlı Səmar Qurbanov qəflətən dünyasını dəyişib.
Onun ürəktutmadan vəfat etdiyi deyilir.
Qeyd edək ki, ailənin yeganə oğlu olan Səmarın atası Vüsal Qurbanov Vətən müharibəsi iştirakçısıdır.