top
Lənkəranda parkda işlədilər fəhlələrin maaşı verilmədi: şirkət cərimələndi
Bu gün, 13:15
- ↺ +

Lənkəranda parkda işlədilər fəhlələrin maaşı verilmədi: şirkət cərimələndi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Lənkəran şəhərinin park və küçələrində quraşdırma, təmir-tikinti işlərini həyata keçirən "Liman Konstrakşın" MMC fəhlələri əmək müqaviləsi bağlamadan işə cəlb etdiyi üçün 20 min manat cərimələnib.

Belə ki, şirkətin işə cəlb etdiyi üç fəhlə işlədikləri müddətə görə əməkhaqqılarını da ala bilməyiblər.

Fəhlələr müvafiq qurumlara şikayət ediblər. Şikayət nəticəsində aparılan araşdırma zamanı "Liman Konstrakşın" MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi (Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin işə cəlb edilməsi) ilə bağlı protokol tərtib edilib və işə Nərimanov Rayon Məhkəməsində baxılıb.

Məhkəmə materiallarına əsasən, Ravid Hacıyev, Xəyal Novruzov və Şahlar Babayev Lənkəranda park və küçələrdə aparılan abadlıq və təmir-tikinti işlərində çalışıblar. Onların ifadələrində əmək müqavilələrinin bağlanmadığı və gördükləri işə görə əməkhaqqılarının ödənilmədiyi bildirilib.

Ravid Hacıyev ifadəsində ona aylıq 1000 manat əməkhaqqı və hər 14 gündən bir 500 manat avans veriləcəyinin vəd olunduğunu deyib. O, hər gün saat 08:00-dan 18:00-dək işlədiyini, lakin əməkhaqqını ala bilmədiyini bildirib.

Nərimanov Rayon Məhkəməsi "Liman Konstrakşın" MMC-ni İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilərək 20 min manat cərimələyib. Şirkətin apellyasiya şikayəti təmin edilməyib və birinci instansiyanın qərarı qüvvədə saxlanılıb. Eyni faktlarla bağlı şirkətin baş direktoru Ruhiyyə Kərimova barəsində də inzibati iş başlanıb və ona 3 min manat məbləğində cərimə tətbiq edilib.

Mənbə: qaynarinfo.аz

Son xəbərlər

İqtisadiyyat
Bu gün, 15:35

Azərbaycanda mənzillər 8%-dən çox bahalaşıb

Bütün xəbərlər
Bu gün, 15:00

Qoşqar Təhməzli: Evdə hazırlanan konservlərə sertifikat tələbi barədə məlumat yanlışdır

Cəmiyyət
Bu gün, 14:25

Azərbaycan əhalisinin sayı 10 milyon 279 min 796 nəfərə çatıb

Bütün xəbərlər
Bu gün, 13:50

"Nənələr" qrupunun üzvünün müharibədə ölən oğlu Lənkəranda dəfn edildi

Kriminal
Bu gün, 12:40

Lerikdə tanışını güllələyib meyitini dərəyə atan şəxsə hökm oxunub

Bütün xəbərlər
Bu gün, 12:05

Hərbçilərin əməkhaqları artırılır

Kriminal
Bu gün, 11:30

Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb

İqtisadiyyat
Bu gün, 11:00

Masallı və Biləsuvarda məktəb tikintisinə milyonlarla manat ayrılıb

Bütün xəbərlər
Bu gün, 10:25

İgid şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Bu gün, 09:50

Lənkəranda küçə zibilliyə çevrilib - VİDEO

Bütün xəbərlər
Bu gün, 09:17

General Səməd bəy Mehmandarovun doğum günüdür

Siyasət
Bu gün, 00:01

16 oktyabr 2020: Vətən müharibəsinin 20-ci günü

Bütün xəbərlər
Dünən, 17:35

Lənkəranda "GİNius - Tələbə Kuboku 2026" keçiriləcək

Bütün xəbərlər
Dünən, 17:00

Lənkəranda toyuq kəsimi sexində nöqsanlar aşkarlandı

Cəmiyyət
Dünən, 16:20

Lənkəranlı əsgər vəfat edib

Kriminal
Dünən, 16:02

İmişli Rayon Ağsaqqallar Şurasının sabiq sədrinə hökm oxundu

Kriminal
Dünən, 15:35

Azərbaycanda ötən il cinayət törədən gənclərin sayı açıqlanıb

Cəmiyyət
Dünən, 15:00

Azərbaycanda gənc kişilər arasında ölüm göstəricisi qadınlardan iki dəfə çoxdur

Bütün xəbərlər
Dünən, 14:20

Vətən müharibəsi şəhidimizin doğum günüdür

Kriminal
Dünən, 13:41

Dayısı arvadını öldürüb meyiti üzərində əxlaqsız hərəkətlər edənə hökm

Bütün xəbərlər
Dünən, 13:10

Sabah 31 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:35

Kənd yumurtası 10 qəpik BAHALAŞDI

Cəmiyyət
Dünən, 12:02

Salyan sakini 22 illik əmək stajına görə pensiya ala bilmir — İDDİA

Oxşar xəbərlər