Yardımlı rayonunun Zevin kəndində yanğın hadisəsi qeydə alınıb.
Cenublu.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, ümumi sahəsi 100 kv.m olan tövlənin yanar konstruksiyaları və 2 ton ot bağlaması yanıb.
Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.