Yardımlıda gənc qızın meyiti aşkarlanıb.
Lent.аz xəbər verir ki, hadisə rayonun Honuba kəndində qeydə alınıb.
Kənd sakini, 25 yaşlı Rəvanə Camalzadənin meyiti yaşadığı evin həyətində yerləşən yardımçı təsərrüfatda tapılıb. Onun hansı səbəbdən öldüyü hələlik məlum deyil.