top
Yardımlıda dava: Atlar qaçdı, sahibi döyüldü
05 yanvar 2025, 05:38
- ↺ +

Yardımlıda dava: Atlar qaçdı, sahibi döyüldü

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Yardımlı rayonunda 1995-ci il təvəllüdlü Fərid şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həmkəndlisi Murada (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 31 mart 2024-cü ildə Yardımlı rayonunun kəndi ərazisində baş verib. Fərid sahədə aralarında şəxsi münasibətlər zəminində baş vermiş narazılıq zamanı yumruqla həmin kənddə yaşayan Murada qəsdən zərbələr vuraraq ona xəsarətlər yetirib. 

Hadisəni törədən Fəridin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fərid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Yardımlı rayonunun kəndində yaşayır, şəxsi təsərrüfatında istifadə etmək üçün at almaq istəyib və bu barədə tanışlarına bildirib: “Həmin şəxslər rayonun digər kəndinin sakini Muradın at satdığını mənə dedilər. Martın 31-də Muradın istifadəsində olan mobil telefonla zəng edərək ondan satdıq atının olub-olmamasını soruşdum. Murad da iki rəst atının olduğunu və həmin atları satmaq istədiyini bildirdi. Murada atlara baxmaq istədiyimi bildirdim. Murad atların kəndin kənarında olduğunu və atları tutaraq təhvil verəcəyini bildirdi. Həmin gün, saat 16 radələrində həmin kəndin yaxınlığında yerləşən örüş sahəsinə getdim. Murada atları tutmasını bildirdim. Lakin Murad atları tuta bilmədiyi üçün aramızda mübahisə yarandı. Mübahisə zamanı Murad ünvanıma söyüş söydü, sifət nahiyəmə isə yumruqla zərbə vurduğuna görə əsəbiləşdim. Mən də yumruqla onun sifət nahiyəsinə vurdum”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Muradın sözlərinə görə, şəxsi təsərrüfatında iki  atı var və həmin atları satmaq niyyəti olub: “Martın 31-də istifadəmdə olan mobil telefona tanımadığım nömrədən zəng gəldi. Həmin şəxs rayonun digər kəndindən olduğunu və adının Fərid olduğunu bildirdi. Həmin şəxs məndən həqiqətən atlarımı satıb-satmadığımı soruşdu. Mən də həmin şəxsə 2 rəst satlıq atımın olduğunu və 400 manata satdığımı bildirdim. Fərid məndə atları saat 15 radələrinə qədər evə gətirməyimi, kənd ərazisində sahədə görüşərək atlara baxmaq istədiyini bildirdi. Mən həmin ərazidə Fəridlə görüşdüm, atları tutmağa çalışdım. Lakin atlar qaçdığına görə atları tuta bilmədim. Atları tuta bilmədiyim üçün Fərid aldadıldığını zənn edərək ünvanıma nalayiq ifadələr dedi və aramızda mübahisə yarandı. Mübahisə zamanı Fərid baş nahiyəsi ilə sifət nahiyəmə zərbə vurmaq istədi. Həmin vaxt mən geri çəkildim. Fəridin baş nahiyəsi sinə nahiyəmə dəydi və mən yerə yıxıldım. Bundan sonra Fərid yumruqla da sifət nahiyəmə iki dəfə zərbə vurdu. Mən həmin zərbələrdən xəsarətlər aldım”.

Bu cinayət işinə Yardımlı Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Fəridin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

 

Son xəbərlər

Siyasət
Bu gün, 00:01

Bu gün Azərbaycan Respublikasının Konstitusiya Günü qeyd olunur

Bütün xəbərlər
Dünən, 17:51

Cəlilabadda məktəbin yanındakı transformator təhlükə yaradır

Bütün xəbərlər
Dünən, 17:10

Rəşad Nəbiyev Sabirabadda vətəndaşları qəbul edəcək

Bütün xəbərlər
Dünən, 16:30

Zəfərə 6 gün qalmış şəhid olan igidimiz

İdman
Dünən, 15:55

"Erzurumspor" daha Nəriman Axundzadəni istəmir? — Rəsmi açıqlama

Bütün xəbərlər
Dünən, 15:11

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 14:33

Piylənmə diaqnozu qoyulan uşaqların çoxu oğlandır

Bütün xəbərlər
Dünən, 13:57

Lənkəranın tanınmış ziyalısı Maarif Heydərov vəfat edib

İqtisadiyyat
Dünən, 13:28

Azərbaycan çayına COP31-də də çox böyük maraq var

Bütün xəbərlər
Dünən, 12:49

Astarada "Qazel" aşdı: 10-a yaxın yaralı var

Bütün xəbərlər
Dünən, 12:20

Lənkəranlı alim siyasi elmlər doktoru oldu

Bütün xəbərlər
Dünən, 11:40

Biləsuvar sakini dəm qazından ölüb

Bütün xəbərlər
Dünən, 11:11

Lənkəranda kişi arvadının vurduğu iynədən şoka düşüb öldü

Bütün xəbərlər
Dünən, 10:35

Cəlilabadlı şəhidin qardaşı mayor rütbəsi aldı

Bütün xəbərlər
Dünən, 10:00

Polkovnik-leytenant Ramiz Cəfərovun xatirəsi anılır

Bütün xəbərlər
Dünən, 09:27

FHN: Qeyri-iş günləri ərzində 72 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib

Bütün xəbərlər
10 noyabr 2026, 17:20

Biləsuvarlı sabiq məmur doğum günündə dünyasını dəyişdi

Bütün xəbərlər
10 noyabr 2026, 16:45

Müəllimlərin maaş əlavəsi hər 10 bala görə hesablanması təklif olunur

Bütün xəbərlər
10 noyabr 2026, 16:10

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq

Bütün xəbərlər
10 noyabr 2026, 15:30

Tanınmış lerikli aktyor Aslan Fətullayev vəfat edib

Bütün xəbərlər
10 noyabr 2026, 15:00

Turistlər Lənkəranı da seçir – TOP-10-da yeddinci pillə

Bütün xəbərlər
10 noyabr 2026, 14:25

Sabah duman olacaq - PROQNOZ

Bütün xəbərlər
10 noyabr 2026, 13:50

BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

İdman
10 noyabr 2026, 13:10

Yardımlı şəhidinin qardaşı Avrasiya çempionu oldu

Oxşar xəbərlər