Oktyabrın 14-də yağan yağıntılarla əlaqədar Cənub regionunun çaylarında artım müşahidə edilib.
Bunu APA-ya açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya mərkəzinin direktoru Asif Verdiyev deyib.
O bildirib ki, Lənkəran-Astara bölgəsinin ərazisindən axan Lənkərançay və Təngərüdçayda suyun səviyyəsi 2 sm artım qeydə alınıb.