Xalq artisti Ağadadaş Ağayev aralarında yaranmış mübahisə zamanı tanışına balta ilə xəsarət yetirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 23 iyul tarixində verir.
Hadisə paytaxtın Binəqədi rayonu ərazisində baş verib. Yaralanan şəxsin vəziyyətinin ağır olduğu bildirilir.
Daxili İşlər Nazirliyindən müğənni ilə bağlı insident yaşandığını təsdiqləyiblər. Bu barədə ətraflı məlumat veriləcək.
Qeyd edək ki, Ağadadaş Ağayev 1956-cı ildə Cəlilabad rayonunun Hasıllı kəndində anadan olub.