top
WUF13 çərçivəsində Lənkəran şəhərində festival başlayıb
02 may 2026, 14:27
- ↺ +

WUF13 çərçivəsində Lənkəran şəhərində festival başlayıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İctimaiyyətin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) haqqında məlumatlandırılması məqsədi ilə Lənkəran şəhərində WUF13 Festivalına start verilib.

Apa.az xəbər verir ki, günün birinci yarısında Lənkəran Dövlət Universitetində WUF13 ilə bağlı məlumatlandırma sessiyası təşkil edilib.

Sessiyada universitetin və onun nəzdində olan Sosial və Aqrar-Texnoloji kollecin müəllim-tələbə heyəti iştirak edib.

Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Sehran Alışov, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi nümayəndəsi Ramiz İdrisoğlu, WUF13 Azərbaycan əməliyyat şirkətinin məzmun və media əlaqələri üzrə baş meneceri Eldar Rəsulov çıxış edərək WUF13 barədə ətraflı məlumat veriblər. Çıxışlarda WUF13-ün ölkəmiz üçün əhəmiyyəti və onun çərçivəsində müzakirə olunacaq əsas mövzular diqqətə çatdırılıb.

Sehran Alışov çıxış edərək qeyd edib ki, Böyük İpək Yolunun üzərində yerləşən Lənkəran şəhəri tarixi və mədəni irsini qorumaqla yanaşı, müasir tikililərlə harmonik şəkildə vəhdət təşkil edir.

Son illər Lənkəranda əhalinin sayının və urbanizasiya prosesinin sürətlə artdığını vurğulayan Sehran Alışov bildirib ki, şəhərdə müasir yaşayış binaları inşa olunur, tarixi abidələrdə restavrasiya işləri aparılır, abadlıq səviyyəsi yüksəldilir və yeni parklar salınır.

Ramiz İdrisoğlu Azərbaycanın müasir şəhərsalma siyasəti, bu istiqamətdə ölkəmizdə görülməkdə olan işlər, həmçinin şəhər planlaşdırılmasında məşğulluq, inklüzivlik və mobillik imkanları və yeni yanaşmalarından məlumat verib.

Eldar Rəsulov gəncləri 17–22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasına dəvət edib.

Qeyd edək ki, Lənkəranda keçirilən WUF13 festivalı iki hissədən ibarətdir. Festivalın ikinci hissəsi axşam saat 18:00-də açıq havada, Heydər Əliyev adına xatirə parkında ictimai proqramlarla davam edəcək.

Axşam proqramları çərçivəsində interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzular geniş auditoriyaya çatdırılacaq. Eyni zamanda, WUF13-ün əsas mövzusu və ideyaları barədə ətraflı məlumat təqdim olunacaq.

Son xəbərlər

Kriminal
Bu gün, 17:56

Tiktoker "İsican" həbs edildi

Bütün xəbərlər
Bu gün, 17:00

Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi

Bütün xəbərlər
Bu gün, 16:13

Lerikdə yaşıllıqların qanunsuz kəsilməsi faktı aşkar olunub

Bütün xəbərlər
Bu gün, 15:38

Lerikli JONY-də nadir xəstəlik aşkarlanıb

Bütün xəbərlər
Bu gün, 14:55

Cəlilabadda ovçuluq təsərrüfatında güclü yanğın başlayıb

Bütün xəbərlər
Bu gün, 13:30

Sabah hava necə olacaq? — PROQNOZ

Bütün xəbərlər
Bu gün, 12:17

Salyanda mikroavtobus yanaraq kül oldu

Bütün xəbərlər
Bu gün, 10:59

Neftçalada traktor velosipedçini vurub öldürdü

Bütün xəbərlər
Bu gün, 09:38

Salyanda kişini cərəyan vurub öldürdü

Bütün xəbərlər
Bu gün, 00:05

23 oktyabr 2020-ci il: Vətən müharibəsinin 27-ci günü

Bütün xəbərlər
Dünən, 18:00

Lənkəranda çay sahili zibilliyə çevrilib

Bütün xəbərlər
Dünən, 17:25

19 yaşlı şəhidimizin ad günüdür

Siyasət
Dünən, 16:58

Yardımlının yeni icra başçısını hansı problemlər gözləyir? Təhlükəli yol, kəndlərin dərdi və korrupsiya işi – CENUBLU.AZ-in ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 16:11

Masallıda narkomaniyaya qarşı maarifləndirici aksiya təşkil olunub

Bütün xəbərlər
Dünən, 15:35

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 15:00

Salyanda 3 ildir yol problemi həll olunmur: ŞİKAYƏT

Kriminal
Dünən, 14:26

Oğluna hücum etdi, arvadını yaraladı – MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 13:55

Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?

Bütün xəbərlər
Dünən, 13:25

Lənkəranlı Birinci Qarabağ müharibəsi qazisi vəfat edib

Bütün xəbərlər
Dünən, 12:45

Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?

Bütün xəbərlər
Dünən, 12:24

Yardımlıya yeni icra başçısı təyin edilib

Bütün xəbərlər
Dünən, 11:50

Cəlilabadda iki "VAZ" toqquşdu: 3 nəfər xəsarət aldı

Bütün xəbərlər
Dünən, 11:10

Sabahdan Azərbaycanda bəzi gömrük rüsumları 100 dəfə artırılacaq

Mədəniyyət
Dünən, 10:36

Cənub mətbəxinin zinəti – Zeyrən çörəyi

Oxşar xəbərlər