top
Vətən müharibəsinin xronikası: 2 oktyabr
01 oktyabr 2024, 23:35
- ↺ +

Vətən müharibəsinin xronikası: 2 oktyabr

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.

Cenublu.az 2 oktyabr 2020-ci ildə cərəyan edən hadisələrin xronikasını təqdim edir:


  • Azərbaycan Ordusu əks-hücum əməliyyatlarını cəbhənin bütün istiqamətlərində uğurla davam etdirib. Müdafiə Nazirliyinin məlumatına görə, Ağdərə istiqamətində Madagiz ətrafındakı strateji yüksəkliklər düşməndən azad olunub. Cəbrayıl-Füzuli istiqamətində qoşunlarımız düşmənin müqavimətini qıraraq onu geri çəkilməyə məcbur edib. Ordumuz Murov dağı istiqamətində də əməliyyat şəraitini tam nəzarətə götürüb. Əməliyyatların gedişində düşmənin 5 zirehli və avtomobil texnikası, 3 hərbi infrastruktur obyekti və xeyli sayda canlı qüvvəsi məhv edilib. Bundan başqa, dayaq məntəqəsinə silah-sursat çatdıran texnikalar bölmələrimiz tərəfindən sıradan çıxarılıb.

  • Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 2-də "Əl-Cəzirə" televiziya kanalına müsahibə verib. Dövlətimizin başçısı müsahibəsində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatları və Azərbaycan Ordusunun həyata keçirdiyi əks-həmlə əməliyyatı, habelə münaqişə barədə sualları cavablandırıb.

  • Ermənistan silahlı qüvvələrinin 193-cü desant həmlə taborunun hava endirim komanda birliyinin döyüş bayrağı ələ keçirilib.

  • Düşmən ordusuna məxsus ondan çox texnika, o cümlədən "URAL" markalı hərbi maşınlarında silah-sursat, geyimlər, əsgər ləvazimatları aşkarlanıb. Texnikaların əksəriyyəti istifadəyə yararlıdır.

  • Müdafiə Nazirliyi düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsinə dair yeni görüntüləri paylaşıb.

  • Ermənistan ordusunun bölmələri Ağdamın Birinci Alıbəyli qəsəbəsini, Goranboy rayonunun Səfikürd kəndini, Ağcabədi rayonunun Hacılar kəndini, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini və digər yaşayış məntəqələrini ağır silahlardan atəşə tutublar. Bu müharibə cinayətləri nəticəsində onlarla ev və infrastruktur obyekti dağılıb, yaxud ziyan çəkib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:35

FHN qeyri-sabit hava ilə bağlı əhaliyə müraciət edib

Kriminal
Bu gün, 17:00

Lerikli 10 uşaq atası tanışını baltaladı — MƏHKƏMƏ

Bütün xəbərlər
Bu gün, 16:15

Külək güclənir - XƏBƏRDARLIQ

Kriminal
Bu gün, 15:38

6 nəfər 132 kilo narkotiklə TUTULDU

Bütün xəbərlər
Bu gün, 15:00

Cəlilabadda 44 yaşlı qadın evində yandı

Kriminal
Bu gün, 14:10

Biləsuvarda 17 kiloqram narkotik vasitə aşkarlanıb

Faydalı
Bu gün, 13:35

Cənubda qanvermə aksiyası keçirilib

Bütün xəbərlər
Bu gün, 12:40

Sabah hava necə olacaq?

İqtisadiyyat
Bu gün, 12:00

Azərbaycan neftinin qiyməti 121 dolları ötüb

Bütün xəbərlər
Bu gün, 11:23

Xəzərdə zəlzələ olub

Kriminal
Bu gün, 10:48

Etiraz edən arvadını vurdu: Cərimələndi

Bütün xəbərlər
Bu gün, 09:29

Vətən müharibəsi şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 17:48

Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır, qiymət artımı ola bilər

Bütün xəbərlər
Dünən, 16:45

Lənkəranda sahibsiz itlər sakinləri narahat edir

Kriminal
Dünən, 16:10

Falçı xalası tərəfindən döyüldüyünü deyən yeniyetmə MƏHKƏMƏDƏ DANIŞDI

Bütün xəbərlər
Dünən, 15:40

Kəmaləddin Heydərovun Cəlilabaddakı vətəndaş qəbulunun vaxtı dəyişib

Kriminal
Dünən, 15:00

Səfərbərlik Xidmətinin həbsdə olan sabiq əməkdaşı azadlığa buraxılıb

Bütün xəbərlər
Dünən, 14:20

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 13:40

Şəhid Xalid Kamranlının doğum günüdür

Cəmiyyət
Dünən, 13:03

Cəlilabad sakini ölü döl dünyaya gətirib

Kriminal
Dünən, 12:26

Cinayət törətməkdə şübhəli bilinən 74 nəfər saxlanılıb

Bütün xəbərlər
Dünən, 11:53

Masallı sakini Rusiyada qəfil vəfat etdi

Siyasət
Dünən, 11:30

Prezident əfv Sərəncamı imzalayıb - SİYAHI

Bütün xəbərlər
Dünən, 10:55

Qarabağ müharibəsi şəhidi Rafiq Məmmədovun doğum günüdür

Oxşar xəbərlər