Bu gün Astaradan olan şəhid Ağayev Əhəd Bilal oğlunun dünyaya göz açdığı gündür.
Əhəd Ağayev 1986-cı ildə yanvarın 17-si Motalayataq kəndində anadan olub. O, 2005-ci ilin aprelindən 2006-cı ilin oktyabrınadək həqiqi hərbi xidmətdə olub.
27 sentyabr 2020-ci il tarixində başlayan Vətən müharibəsi zamanı könüllü olaraq müharibəyə qatılıb. Füzuli, Cəbrayıl istiqamətlərində gedən ağır döyüşlərdə iştirak edib. Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Ə.Ağayev ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.