Masallı Rayon İcra Hakimiyyəti (RİH) Başçısı Aparatında İnformasiya təminatı və təhlil sektorunun vakant olan aparıcı məsləhətçisi vəzifəsinə yeni təyinat olub.
Cenublu.az xəbər verir ki, Vətən müharibəsi iştirakçısı Tərlan Məşkur oğlu Şahverdiyev bu vəzifəyə təyin edilib. O, bundan əvvəl Masallı Rayon İcra Hakimiyyəti Başçısının Lürən kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində çalışıb.
Tərlan Şahverdiyev "Suqovuşanın azad olunmasına görə" və "Vətən Müharibəsi iştirakçısı" medalları ilə təltif olunub.