Astara rayonunun Vaqo kəndində yaşayan 40-dan çox ailə qazın olmamasından əziyyət çəkir. Bu haqda məlumatı Cenublu.az bu gün, 13 avqust tarixində XəzərXəbər-ə istinadən verir.
Məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət olunub. Lakin sakinlərə öz vəsaitləri hesabına qaz çəkməli olduqları bildirilib.
"Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Novruz Məmmədzadə məsələyə münasibət bildirib. O, qeyd edib ki, həmin ərazinin növbəti mərhələdə qazlaşdırılması planlaşdırılır.